Biz kimik?

Biz Azərbaycanda və Macarıstanda yaşayan, bir neçə dildə danışan, təcrübəli, gənc enerjili insanların xoş xidmətini soydaşlarımza əlçatan edirik. Macarıstanla bağlı müxtəlif növ konsultasiyaları həyata keçiririk, onlardan ən məşhurları üçün bu saytı yaradıb Sizə məlumat verməyə çalışırıq. Əgər suallarınız yaranarsa, bizimlə əlaqə saxlamaq hüququnuzdan istifadə edin. Suallarınıza cavab verməyə şad olarıq.
 
Macarıstanda daşınmaz əmlak almaq
Macarıstanda əcnəbilər üçün də daşınmaz əmlak almaq kifayət qədər asandır. Son illərdə Azərbaycan vətəndaşları da bu ölkədə daşınmaz əmlak alıblar. Prosedurların asan və şəffaf olması, həm daşınmaz əmlak almağın, həm də hüquqi prosedurların digər Avropa Birliyi və Şengen üzvü olan ölkələrə nisbətən ucuz olması bu ölkəni investorlar üçün cazibədar edir. Kirayə verilən evlər mülkiyyətin bazar dəyərinin 8-12%-i məbləğində gəlir verir və hər il əmlak elə bu qədər də bahalaşır. Bu da o deməkdir ki, 5 ildən sonra Sizin aldığınız mənzil 50% daha baha olacaq və Siz aldığınız qiymətin 50%-i həcmində kirayədən qazanacaqsınız. Bu da 5 ilə qoyulmuş gəlirin 2-qat geri qayıtması deməkdir. Ətraflı burada...
 
Budapeştdə kirayə ev
Bakı şəhərini Avropa Birliyi ilə bağlayan ən ucuz birbaşa hava reysi Budapeştədir, bu səbəbdən WizzAir hava yolları vasitəsilə Avropaya üz tutanlar üçün Budapeştdə ev kirayəsini təklif edirik. Bu cür əmlaklar adətən oteldən ucuz olurlar, lakin öz rahatlıqları və genişlikləri ilə otellərdən daha çox rezerv olunurlar. Ətraflı burada...